RU

"Rusiya ilə müharibə fəlakətə səbəb olardı" - Kavelaşvili

"Qərb ölkələrinin Tiflisdən tələb etdiyi Rusiya ilə müharibə Gürcüstan üçün fəlakətə səbəb olardı".

Gundem.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Amerikanın "Responsible Statecraft" nəşrinə müsahibəsində deyib. 

"Qərb bizdən Rusiya ilə müharibə aparmağı tələb etdi ki, bu bizim həyati vacib milli maraqlarımıza zidd olardı. Bu, 2008-ci ildəki kimi nəticələrlə başa çatacaqdı, o vaxtkı hökumətin NATO- ya etibara əsaslanan axmaq hərəkətləri Gürcüstanı fəlakətə sürüklədi", - Gürcüstan prezidenti bildirib.

Kavelaşvili müsahibəsində qeyd edib ki, Gürcüstan Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyib, ora humanitar yardım göndərib və Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Bununla belə, Gürcüstan prezidenti qeyd edib ki, Gürcüstan hökuməti Ukrayna Silahlı Qüvvələri tərkibində döyüşmək üçün ora könüllüləri göndərməkdən imtina edib. 

Избранный
9
1
gundem.az

2Источники