RU

AŞPA-da Ramil Səfərovdan danışıldı

BAKI, 1 oktyabr. TELEQRAF

AŞPA-nın plenar iclasında “Macarıstanın Avropa Şurasına üzvlük öhdəliklərini yerinə yetirməsi” hesabatının müzakirəsi zamanı Ermənistan parlamentindəki müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan Macarıstanı ölkəsindən üzr istəməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, çıxışında vaxtilə Macarıstanda həbs edilən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Budapeşt tərəfindən Bakıya təhvil verilməsini xatırladıb.

“Hamınız bilirsiniz ki, 2004-cü ildə NATO-nun Macarıstanda keçirilən tədbiri zamanı azərbaycanlı iştirakçı (Ramil Səfərov) Ermənistan ordusunun Qurqen Marqaryanı balta ilə öldürmüşdü. 2012-ci ildə Macarıstan onu Azərbaycana ekstradisiya edib və orada dərhal əfv olunub. Bu addımına görə Macarıstan erməni xalqından üzr istəməlidir”, - Mamicanyan bildirib.

Qeyd edək ki, Ramil Səfərov Qurqen Marqaryanı Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Buna görə Budapeşt polisi tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə 2006-cı ildə ömürlük azadlıqdan məhrum edilib.

Ramil Səfərov 2012-ci il avqustun 31-də Bakıya gətirilib, elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.

Избранный
33
2
teleqraf.com

3Источники