Avropa Komissiyası Ukraynaya 4 milyard avro dəyərində makromaliyyə yardımının doqquzuncu tranşını ayırıb.
Missiya.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
“Avropa Komissiyası Ukraynaya 4 milyard avro həcmində fövqəladə makromaliyyə yardımının doqquzuncu tranşını ayırıb və bu, Aİ-nin Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından bəri ən böyük donor kimi rolunu daha da gücləndirib və ümumi dəstəyin həcmi 178 milyard avroya yaxınlaşıb”, - deyə vurğulanıb.
Qeyd olunub ki, bu dəstək Ukraynaya artan maliyyə ehtiyaclarını, xüsusən də müdafiə sektorunda ödəməyə kömək edəcək.
Daşqın HəsənovMissiya.Az