RU

Evakuator daşıdığı yük maşını ilə birgə aşdı - VİDEO

Yevlaxda yük avtomobili qəzaya uğrayıb.

Ölkə.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Yevlaxdan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı yük maşınını daşıyan evakuator yağışlı havada sürüşərək aşıb.

Nəticədə evakuatorla birlikdə kuzada olan yük maşını da yolun hərəkət hissəsinə aşıb.

Baş DYP İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, hadisə bu gün saat 07:50-də Bakı-Qazax magistralının 288-ci kilometrliyində - üzü Qazax istiqamətində baş verib. Xəyal İsmayılovun idarə etdiyi evakuator manevr zamanı idarəetmədən çıxaraq aşıb.

Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Избранный
12
4
olke.az

5Источники