RU

Ərdoğandan İsrail açıqlaması: Bütün əlaqələr...

İşğal qüvvələrinə qəhrəmancasına dirənən Qəzzanın igid övladlarını əsla tək buraxmadıq. Qəzzaya humanitar yardımlarımızı göndərərək, İsraillə ticarəti 1,5 il əvvəl kəsərək fələstinlilərin yanında dimdik dayandıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də çıxışı zamanı deyib.

“Şəxsimizi və ölkəmizi hədəfə alan qarayaxma kampaniyalarına qarşı izzətli duruşumuzu qoruduq. Biz bəziləri kimi Fələstin mövzusu ilə 2 il əvvəl tanış olmadıq, biz bu məsələyə ömrümüzü həsr etdik. Son nəfəsimizə qədər Fələstinin və ilk qibləmiz olan Qüdsün haqqını qorxmadan müdafiə edəcəyik”, - Ərdoğan əlavə edib.

Избранный
14
1
axar.az

10Источники