RU

Fərid Qayıbov: Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb

Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb.

Missiya.Az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idman tarixində ilk dəfə baş tutacaq beynəlxalq "IRONMAN 70.3 BAKU" triatlon yarışı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda idman ölkə başçısı tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib:

"Ölkənin müxtəlif bölgələrində idman kompleksləri tikilib. Burada müxtəlif beynəlxalq yarışların keçirilməsi Azərbaycanı idman ölkəsi kimi tanıdıb. Növbəti ildə də Bakıda müxtəlif idman yarışları keçiriləcək. Triatlon çox maraqlı idman növüdür. Bura daha çox uşaqlar cəlb olunub. Ona görə də mən federasiyaya öz təşəkkürümü bildirirəm. Növbəti ildə ilk dəfə olaraq Azərbaycanda bu yarış keçiriləcək. Bizim çox güclü komandamız var. Planlaşdırılan bu yarış çox yüksək səviyyədə təşkil olunacaq".

Qeyd edək ki, "IRONMAN 70.3 BAKU" triatlon yarışı 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək və "IRONMAN 70.3" triatlonu, "Fun Run 5 km" və "IRONKIDS" yarışlarını əhatə edəcək. 1,9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq. 90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.

2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, "IRONMAN EXPO" zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi IRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edə biləcəklər.

Избранный
17
4
missiya.az

5Источники