RU

AFFA onları 18 400 manat cərimələdi

AFFA İntizam Komitəsi "Sabah" və "Kəpəz" klublarını cərimələyib.

Azreform.info xəbər verir ki, "Sabah"  Misli Premyer Liqasının VI turunda "Sumqayıt"la oyunun gedişində işıq söndüyünə görə qarşılaşma 20 dəqiqə gecikib.

Buna görə "Sabah" 1000 manat cərimə olunub.

Bakı klubu dörd futbolçusu sarı vərəqə aldığından əlavə 700 manat ödəməli olacaq.

90+4-cü dəqiqədə "Sabah"ın məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 10 000 manat ziyana düşüb.

AFFA İntizam Komitəsi "Kəpəz" klubunu  isə 5000 manat cərimələyib.

Belə ki, Misli Premyer Liqasının VI turunda "Turan Tovuz"la oyunda azarkeşlərin rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.

"İmişli" klubu  da 1000 manat ziyana düşüb. "Zirə" ilə qarşılaşmada media sektorunda kənar şəxslərin olması bölgə təmsilçisinin cərimələnməsinə gətirib çıxarıb.

"Qəbələ" də eyni məbləği ödəməli olacaq. "Qırmızı-qaralar"ın oyunçusu Prins Ovusu "Qarabağ"la matçın 1-ci dəqiqəsində qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb.

"Araz-Naxçıvan" isə 700 manat cərimələnib. Naxçıvan təmsilçisinin beş üzvü "Şamaxı" ilə görüşdə sarı vərəqə alıb.

Избранный
16
6
azreform.info

10Источники