RU

Ukrayna Rusiyanın aktivləri hesabına Aİ-dən 4 milyard avroluq tranş alıb

Avropa İttifaqı Ukraynaya yeni maliyyə yardımı ayırıb. Oktyabrın 1-də Ukraynanın baş naziri Yuliya Svırıdenko bildirib ki, ölkə ERA Kreditləri mexanizmi çərçivəsində 4 milyard avro məbləğində makromaliyyə tranşı alıb.

Tranş təcavüzkar ölkə – Rusiyanın Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.

Svırıdenkonun sözlərinə görə, bu qərar Avropanın Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və uzunmüddətli dəstək vermək niyyətinin mühüm siqnalıdır.

“Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və Aİ-nin iqtisadiyyat və məhsuldarlıq üzrə komissarı Valdis Dombrovskisə rəhbərliklərinə görə təşəkkür edirəm. Bu vəsaitlər minlərlə insanın həyatını xilas etmək, şəhərlərin yenidən qurulması və Ukraynanın qaçılmaz Avropa yolu deməkdir”, – baş nazir qeyd edib.

Xəbər 5 dəfə oxunub.
Избранный
29
xezernews.az

1Источники