RU

Ərdoğan: “Suriyanın bölünməsi olmayacaq”

AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib. Türkiyə lideri Ankaranın Suriyanın bölünməsi haqqında istənilən bəyanatlara qarşı çıxdığını diqqətə çatdırıb.

“Suriyanın birliyini qorumaq, sərhədlərimizdən kənarda terror strukturlarının formalaşmasının qarşısını almaq bizim prioritetlərimizdir. Bu məqsədlərə nail olmaq üçün biz bütün diplomatik kanalları cəlb etmişik. Səbirlə, səmimiyyətlə və sağlam düşüncə ilə hərəkət edirik”,- Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentində çıxışı zaman vurğulayıb.

Bununla yanaşı, o, qeyd edib ki, amma diplomatik təşəbbüslər uğursuzluğa düçar olarsa, Türkiyənin mövqeyi və atacağı addımlar hamıya məlumdur. Ankara Suriyada dejavyu (sanki əvvəllər yaşanmış) ssenarisinin təkrarlanmasına imkan verməyəcək.

Sahil İsgəndərov
AzVision.az
Избранный
87
1
azvision.az

2Источники