RU

MN korpusunun sabiq maliyyə xidmət rəisinə hökm oxunub

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


News365.az APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


Hökmə əsasən, təqsirləndirilən Namiq Mirzəyev 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib. 

O, dövlətə vurduğu ziyandan 343 min 810 manat ödəniş edib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkəcək. 


Qeyd edək ki, Namiq Mirzəyev ötən ilin avqust ayında DTX-nın vəsatəti əsasında həbs edilib.


Təqsirləndirilən Namiq Mirzəyev AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur.

Избранный
11
17
news365.az

10Источники