RU

Alimlər gündə 6 çay qaşığından çox şəkər istifadə etməyi məsləhət görmür

Çin və ABŞ alimləri əlavə olunan şəkərlərin gündəlik istehlakını təxminən altı çay qaşığı ilə məhdudlaşdırmağı, şəkərli içkilərin sayını isə həftədə bir porsiyadan az etməyi tövsiyə edirlər.

E-saglam.az xəbər verir ki, tədqiqatlar göstərir ki, şəkərin həddindən artıq qəbulu 45 müxtəlif sağlamlıq problemləri ilə əlaqəlidir, o cümlədən astma, diabet, piylənmə, ürək xəstəlikləri, depressiya, bəzi xərçəng növləri və hətta ölüm.

Həddindən artıq şəkər istifadəsinin sağlamlığa mənfi təsirləri geniş şəkildə məlumdur. Buna görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər qurumlar əlavə şəkərlərin ümumi gündəlik enerji qəbulunun 10%-dən az olmasını tövsiyə edir. Bununla belə, siyasət hazırlanmadan əvvəl mövcud elmi sübutların keyfiyyəti və etibarlılığı ətraflı qiymətləndirilməlidir.

Alimlər 73 meta-analizi (67 müşahidə və 6 təsadüfi kontrollu tədqiqat) əhatə edən geniş bir araşdırma həyata keçirib. Bu tədqiqatlarda şəkər istehlakı və onun sağlamlıq nəticələri qiymətləndirilib. Qiymətləndirmə nəticəsində sübutlar yüksək, orta, aşağı və çox aşağı keyfiyyət kateqoriyalarına ayrılıb.

Nəticələr göstərdi ki, şəkərin qida ilə qəbulunun 18 endokrin və metabolik xəstəlik, 10 ürək-damar xəstəliyi (hipertoniya, infarkt, insult), 7 xərçəng növü (məmə, prostat və pankreas xərçəngi) və 10 digər nəticə (astma, diş çürüməsi, depressiya və ölüm) ilə mənfi əlaqəsi mövcuddur.

Orta keyfiyyətli sübutlar göstərir ki, şəkərli içkilərin yüksək istehlakı bədən çəkisinin artması ilə, hər hansı şəkər istehlakı isə qaraciyər və əzələlərdə yağ yığılmasının artması ilə əlaqəlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
15
e-saglam.az

1Источники