RU

Avropa Rusiya ilə qarşıdurma şəraitindədir - Makron

Avropa Rusiya ilə qarşıdurma şəraitindədir və zəiflik göstərməməlidir.

Olaylar Fransa KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Fransanın prezidenti Emmanuel Makron çıxış edib.

"Biz Rusiya ilə qarşıdurma şəraitindəyik - o Rusiya ki, artıq bir neçə ildir kontekstində bizim informasiya məkanımızın aqressiv oyunçusuna çevrilib. Ələlxüsus da seçki kontekstində o Rusiya ki, kiberhücumlarının kəsərini artırıb. Ukraynada qəsbkar müharibəni başladıb, nüvə ilə hədə-qorxu gəlir və bugün hava məkanında təxribatlar törədir", -deyə Makron bildirib.

O, həmçinin Avropanın hərbi potensialını uzun mənzilli raketlər və pilotsuz uçuş aparatlarına (PUA) qarşı müdafiə sistemləri vasitəsilə gücləndirməyə çağırıb.

Fransa prezidenti hesab edir ki, Rusiya tərəfindən olduğu iddia edilən "müxtəlif hücumlar" fonunda cavab "operativ" olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
3
olaylar.az

4Источники