RU

AYNA 31 sayda müntəzəm avtobus marşrutunun müsabiqəyə çıxarır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın 31 sayda şəhərlərarası və şəhərdaxili (1, 2, 3, 4 ,5, 6, 10, 11, 13, 14, 40, 104 və 165 nömrəli) avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Avtosfer.az AYNA-ya istinadən xəbər verir ki, sənədlər oktyabrın 30-da saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov – tel.: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə, Bərdə-Mingəçevir istiqamətlərində 9 lot üzrə noyabrın 4-də;

-Mingəçevir-Zaqatala, Şəki-Mingəçevir, Bərdə-Sumqayıt istiqamətlərində 3 lot üzrə noyabrın 7-də;

-Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (avtovağzal), Kür qəsəbəsi (Şəmkir) – Gəncə (avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı), Qaratoba kəndi – Qusar (avtovağzal), Zərdabi kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar), İqrığ kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi Bazar) istiqamətlərində 6 lot üzrə noyabrın 18-də;

-paytaxtın 1 nömrəli ("28 May" m/st – "Neftçilər" m/st), 2 nömrəli (Bakı Beynəlxalq Avtovağzal Kompleksi – "Dərnəgül" m/st), 3 nömrəli ("Dərnəgül" m/st – Badamdar qəsəbəsi), 4 nömrəli (Bakı Ağ Şəhər yaşayış sahəsi – Montin yaşayış massivi) və 5 nömrəli ("Nəriman Nərimanov" m/st – "20-ci Sahə" dairəsi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 21-də;

-paytaxtın 6 nömrəli ("Azadlıq prospekti" m/st – "20-ci Sahə" yaşayış massivi), 10 nömrəli (Bakı Ağ Şəhər yaşayış sahəsi – Yasamal yaşayış kompleksi (MİDA)), 11 nömrəli (Dəmiryol vağzalı – İbrahim Əbilov küçəsi), 13 nömrəli ("Koroğlu" NMM – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 14 nömrəli ("28 May" m/st – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərdaxili avtobus marşrutları üzrə 5 lotda noyabrın 25-də;

-paytaxtın 40 nömrəli (Sabunçu qəsəbəsi, Sabunçu d/st – Günəşli qəsəbəsi), 104 nömrəli ("Həzi Aslanov" m/st – Yeni Suraxanı qəsəbəsi) və 165 nömrəli (A.M.Şərifzadə küçəsi – Mehdiabad qəsəbəsi) şəhərdaxili avtobus marşrutları üzrə 3 lotda noyabrın 27-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Избранный
15
12
avtosfer.az

10Источники