RU

Naxçıvanda zəncirvari qəza: 4 nəfər xəsarət aldı

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2107”, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.

Zəncirvari qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Избранный
24
9
publika.az

10Источники