Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya gedib.
KONKRET.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Paşinyanın adminstrasiyası məlumat yayıb.
Bildirilir ki, Paşinyan oktyabrın 2-də Kopenhagendə keçiriləcək “Avropa Siyasi Birliyi”nin 7-ci sammitində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan hökumət başçısının beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.