RU

“Qarabağ” növbəti qələbə arzusunda - CANLI YAYIM

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Bakıda "Kopenhagen" lə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

"Qarabağ" I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2. "Kopenhagen" isə evdə "Bayer 04" ilə heç-heçə edib - 2:2.

“Qarabağ” və “Kopenhagen” artıq avrokuboklarda 5-ci dəfədir ki, rəqib olurlar. İlk dəfə bu komandalar

1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ” üstün olub.

Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qqydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) 0:0

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

"Kopenhagen": 1. Dominik Kotarski, 5. Qabriel Pereyra, 6. Pantelis Hatzidiakos, 9. Yussufa Mukoko, 10. Məhəmməd Elyunussi, 11. Cordan Larsson, 12. Lukas Lerager, 13. Rodriqo Hueskas, 15. Markos Lopes, 16. Robert, 27. Tomas Delaney (k)

Baş məşqçi: Yakob Neestrup

Избранный
16
1
sportinfo.az

6Источники