RU

Paşinyan "Zəngəzur dəhlizi"nə razılaşdı: "Qoy Azərbaycanda nə istəsələr desinlər"

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək "Zəngəzur dəhlizi" mövzusuna yenidən qayıdıb.

Paşinyanın sözlərinə görə:

"Qoy Azərbaycanda nə istəsələr desinlər. Bundan sonra onlar neçə dəfə 'Zəngəzur dəhlizi' desələr də, bilin ki, bu, Ermənistanla bağlı deyil. Razılaşdırılmış ad TRIPP marşrutudur."

Baş nazirin bu açıqlamasının videosu sosial şəbəkələrdə yayılıb və böyük rezonans doğurub.

Lakin analitiklərin fikrincə, Paşinyanın bu sözləri əslində gerçəklə barışmaq cəhdidir. Çünki Azərbaycan üçün, eləcə də bütün Türk dünyası üçün bu marşrutun adı hər zaman Zəngəzur dəhlizi olacaq. Rəsmi Bakı bu məsələ ilə bağlı Paşinyanın söz oyunlarına əhəmiyyət vermir və dəfələrlə vurğulayıb ki, Azərbaycanın strateji hədəfi dəyişməzdir.

Azərbaycan da rəsmi paralel olaraq Zəngəzur dəhlizinə "TRIPP" deyir. Bu, 8 avqust, Vaşinqton razılaşması əsasında belədir və rəsmi Bakı bu anlaşmaya sadiqdur. Lakin gerçəklikdə Azərbaycan və region xalqları üçün bu yol Zəngəzur dəhlizidir. Ən əsası isə, Ermənistan baş naziri son açıqlaması ilə artıq bunu dolayısı ilə etiraf etmiş olur - Azərbaycan istədiyi adı çəkəcək və çəkir də: bu, Zəngəzur dəhlizidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
1
olaylar.az

2Источники