RU

Xankəndi məktəbinin direktoru vəzifəsindən azad edildi


Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.
Gender.az xəbər verir ki, bu barədə Modern.az-a direktorun özü məlumat verib.
O bildirib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir: “65 yaşıma iki il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm”.
Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.

Избранный
13
18
gender.az

10Источники