RU

“Kimlə lahmacun yesəm, “sevgilisidir” deyirlər”

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yenidən obyektivlərə tuş gəlib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, dostu ilə görüntülənən sənətçi haqqında yayılan eşq iddialarına da cavab verib.

“Bu, mənim yaxın dostumdur. Onun şou-bizneslə heç bir əlaqəsi yoxdur. Rəfiqələrimlə aramda belə bir zarafat da var ki, kimlə lahmacun yesəm, “sevgilisidir” deyə xəbərlər yazılır. Lahmacun yeməyi çox sevirəm. Ona görə ki, nə vaxt depressiyaya düşsəm, lahmacun yeyirəm. Lap Özcan Dəniz kimi açıqlama verdim. Bu xəbərlər məni kədərləndirir, amma edə biləcəyim heç bir şey yoxdur”, – aktrisa bildirib.

Fəaliyyətinə tam gücü ilə davam etdiyini bildirən aktrisa həm də yeni layihələrindən danışıb:

“Televiziya layihəm və bir teatr tamaşam olacaq. İkisi də eyni anda olacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
qafqazinfo.az

2Источники