RU

“Qarabağ” ÇL-də ikinci qələbəsini qazanıb

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.

Aznews.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Kopenhagen”i qəbul edib.

Danimarka klubu ilə matça saat 20:45-də start verilib.

Azarkeşlər 2 qola şahidlik ediblər. Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” birinci turda səfərdə “Benfika”ya qalib gəlib - 3:2.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur

20:45. "Qarabağ" – "Kopenhagen" (Danimarka) 2:0

Qol: A. Zubir, 28, E. Addai, 83

Избранный
32
5
aznews.az

10Источники