“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.
News365.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Kopenhagen”i qəbul edib.
Danimarka klubu ilə matça saat 20:45-də start verilib.
Azarkeşlər 2 qola şahidlik ediblər. Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” birinci turda səfərdə “Benfika”ya qalib gəlib - 3:2.