RU

AİİB Bakı metrosunun Yaşıl Xətt inə 1 milyard dollara qədər yatırım edir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) "Bakı Metropoliteni" QSC-nin maliyyələşdirməsi birinci mərhələdə "Yaşıl xətt"in tam potensialını üzə çıxartmağa yönələcək.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində 1 milyard ABŞ dollarına qədər dövlət zəmanəti ilə təmin edilmiş vəsait nəzərdə tutulub.

Limitovski bildirib ki, bu maliyyələşdirmə iki əsas mərhələdə həyata keçiriləcək.

Birinci mərhələ layihəsi metronun ötürmə qabiliyyətini artırmağa və sərnişin komfortunu yüksəltməyə xidmət edəcək. Bu çərçivədə "Dərnəgül" və "Xocasən" depolarının genişləndirilməsi və tamamlanması əsas hədəfdir. Eyni zamanda, stansiyalarda havanın təmizliyinə, təhlükəsizliyə və perronların rahatlığına sərmayə qoyulacaq. "Yaşıl xətt" üzrə bir sıra stansiyaların yenilənməsi də planlaşdırılır.

İkinci mərhələdə isə dəstək daha da genişlənərək "Yaşıl xətt" "Xətai" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər uzadılacaq.

K.Limitovski vurğulayıb ki, bu genişləndirmə nəticəsində yollarda tıxaclar azalacaq və Bakının dayanıqlı şəhər inkişafı modelinə transformasiyasına mühüm töhfə veriləcək.

O əlavə edib ki, bu, sadəcə nəqliyyat problemi deyil, həm də gələcək nəsillər üçün təhlükəsiz və əlçatan nəqliyyat imkanlarının, yeni imkanların yaradılması deməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
2
oxu.az

10Источники