RU

Almaniya üzərində naməlum dronlar müşahidə edilib

Almaniyanın Şlezviq-Holşteyn federal əyalətində naməlum pilotsuz uçuş aparatları (PUA) qeydə alınıb.

Editor.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.

Məlumata görə, dronlar strateji əhəmiyyətli bir sıra obyektlərin üzərində müşahidə olunub. Onların arasında Almaniya və NATO üçün sualtı qayıqların inşa edildiyi Thyssenkrupp hərbi-dəniz gəmiqayırma zavodu, universitet klinikası, elektrik stansiyası, əyalət parlamentinin binası və Haydə neft emalı zavodu yer alır.

Hadisə ilə bağlı Almaniya rəsmiləri hələlik açıqlama verməyiblər.

//Samir Qurbanov, Editor.az

Избранный
37
1
editor.az

7Источники