RU

“Qarabağ”ın rəqibi “Sportinq”i üstələdi - VİDEO

“Napoli” və “Sportinq” Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün ikinci turunda üz-üzə gəliblər.

İdman.biz bildirir ki, komandalar Neapoldakı “Dieqo Armando Maradona” stadionundakı oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Meydan sahiblərinin hücumçusu Rasmus Hoylund 36-cı dəqiqədə hesabı açıb. 62-ci dəqiqədə “Sportinq”in hücumçusu Luis Suares penaltidən hesabı bərabərləşdirib. 79-cu dəqiqədə Rasmus Hoylund “Napoli”ni bur daha önə keçirib.

Çempionlar Liqasının ilk turunda italyanlar “Mançester Siti”yə 0:2 hesabı ilə məğlub olublar, “Sportinq” isə “Kayrat”ı 4:1 hesabı ilə darmadağın edib.

“Napoli” Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. Komandalar arasındakı oyun noyabrın 25-də Neapolda olacaq.

İdman.biz

Избранный
40
1
idman.biz

2Источники