RU

Mask tarixdə sərvəti bu həddə çatan ilk insan oldu - İnanılmaz rəqəm

Amerikalı sahibkar İlon Mask sərvəti 500 milyard dollara çatan ilk insan olub.

Publika.az "Forbes"ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 2 oktyabr saat 00:15-də Maskın sərvəti 500,5 milyard dollara qədər artıb.

Jurnal yazır ki, bu artım Maskın Amerika hökumətindən kənarlaşmaq və biznesi üzərində fokuslanmaq qərarı ilə izah edilə bilər.

Qeyd edək ki, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, "X" sosial şəbəkəsi və "Neuralink" neyrotexnoloji şirkətinin sahibi olan Mask hazırda "Forbes" milyarderlər reytinqində birinci yerdədir.

Избранный
14
42
publika.az

10Источники