1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Britaniyalı müğənni və bəstəkar Robbi Uilyams ona Turet sindromu diaqnozu qoyulduğunu açıqlayıb. 51 yaşlı musiqiçi nevroloji pozğunluqdan əziyyət çəkir.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Uilyams etiraf edib ki, o, daim xəstəliyin əlamətləri ilə mübarizə aparır və onlara nəzarət etməyə çalışır.
Musiqiçiyə həmçinin diqqət çatışmazlığı və hiperaktivlik pozuqluğu diaqnozu qoyulub.
Qeyd edək ki, karyerası boyu Uilyams dəfələrlə müxtəlif asılılıq problemləri ilə üzləşib və hətta klinikalarda reabilitasiyadan keçib.