Bakı. Trend:
"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatan Frenkide Yonqla anlaşma əldə edib.
Trend xəbər verir ki, bubarədə "Diario Sport" nəşri məlumat yayıb.
İspaniya çempionu niderlandlı yarımmüdafiəçi ilə 2029-cu ilinyayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq. Rəsmi açıqlamayaxın günlərdə ediləcək.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında"Ayaks"dan transfer edib. Niderland millisinin üzvü olan 28 yaşlıfutbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydanaçıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.