RU

İsrail Sumud donanmasının 9 gəmisini ələ keçirib, 25 türk fəal saxlanılıb

İsrail hərbçiləri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 9 gəmisini ələ keçirib.

APA xəbər verir ki, bu barədə beynəlxalq missiyanın informasiya komitəsi məlumat yayıb.

“Al Mayadeen” telekanalının komitəyə istinadən yaydığı məlumata görə İsrail hərbçiləri gəmilərə qarşı güc tətbiq edir, qəsdən toqquşmalar aparır, su şırnaqlarından istifadə edir və saxlanılan fəallarla pis rəftar edir.

Qeyd edək ki, daha əvvəl dörd gəminin tutulduğu və 70 fəalın saxlandığı bildirilirdi.

Donanmanın Türkiyə nümayəndəliyi də İsrailin gəmilərə hücumu ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada, ümumilikdə 15 gəminin ələ keçirildiyi, saxlanılan türk fəalların sayının isə 25-ə çatdığı bildirilir.

Избранный
39
8
apa.az

9Источники