RU

Fransa rus tankerini saxlayıb

Fransa xüsusi təyinatlı qüvvələri Rusiyaya məxsus “Pushpa” neft tankerini ölkə sahilləri yaxınlığında saxlayıb,. Bu barədə Le Parisien yazıb.

244 metr uzunluğa malik  2007-ci ildə inşa edilən gəmi sentyabrın 22-25-də Danimarka üzərində pilotsuz uçuş aparatlarının buraxılması üçün platforma kimi istifadə olunmaqda şübhəli bilinir.

Tankerin həmçinin Rusiya nefti ilə sanksiyalardan yayınmaq üçün istifadə edildiyi qeyd olunub.

Məlumata görə, tanker dəfələrlə adını və bayrağını dəyişib, Qabon, Marşall adaları və Monqolustanda qeydiyyatdan keçib.

Saxlanılarkən o, Benin bayrağı altında Sen-Nazar sahillərində idi.

Marine Traffic-in məlumatına görə, sentyabrın 20-də  Rusiya Primorsk limanından çıxıb və  oktyabrın 20-də Hindistanın Vadinara limanına çatmalı idi.

Gəmi artıq Aİ, Kanada, İsveçrə, Yeni Zelandiya və Böyük Britaniyanın sanksiyaları altındadır. Fransa xüsusi təyinatlılarının bu addımı Rusiyanın “kölgə donanması”nın fəaliyyətini məhdudlaşdırmaq və Avropada təhlükəsizlik risklərinin qarşısını almağa yönəlib.

N.Təbrizli

Избранный
28
6
anews.az

10Источники