RU

Fransadan Rusiya ilə bağlı ŞOK - Gərginlik ARTIR

Fransa sahillərində “Boracay” adlı neft tankeri dayandırılıb.

Musavat.com Reuters-ı istinadən yazır ki, tanker Rusiyanın “kölgə donanması” ilə əlaqəli olmaqda şübhəli bilinir.

Fransa Prezidenti Emmanuel Makron da istintaqa dəstək verib və bildirib ki, “Boracay” tankeri gizli Rusiya neft şəbəkəsinə bağlı ola bilər.

The Guardian isə yazır ki, Fransa hərbçiləri tankeri yoxlayıblar və o, Avropada baş verən son PUA hücumlarında “süni platforma” kimi istifadə olunmaqda şübhəli sayılır.

Gəminin kapitanı və birinci zabiti saxlanılıb. Tanker Fransanın Bretan bölgəsi yaxınlığında, Biskay körfəzi ərazisində ələ keçirilib.

Fransa məhkəmə orqanları araşdırma aparır. Əsas ittihamlar “gəminin mənsubiyyətini təsdiqləyə bilməməsi” və “hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina”dır.

Hələlik gəminin PUA hücumlarında istifadə olunmasına dair rəsmi sübut təqdim edilməyib, lakin istintaq bu istiqamətdə davam edir.

Musavat.com

Избранный
9
8
musavat.com

10Источники