
Rusiya Kiyev vilayətinin Slavutiç şəhərinin enerji infrastrukturuna zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunun üzərindəki sarkofaq işıqsız qalıb.
Nazirlik mərmilərin Çernobıl AES-də işıqların kəsilməsinə səbəb olduğunu və stansiyada fövqəladə vəziyyət yarandığını iddia edir.
“Elektrik enerjisinin kəsilməsi nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının zədələnmiş 4-cü blokunu təcrid edən və ətraf mühitə radioaktiv materialların buraxılmasının qarşısını alan əsas obyekt olan “Yeni Təhlükəsiz Saxlanılma” elektriksiz qalıb”, - nazirlikdən bildirilib.
Verilən məlumata görə, hazırda mütəxəssislər elektrik enerjisini bərpa etməyə çalışırlar. Ukrayna hakimiyyəti radiasiya səviyyəsində hər hansı dəyişiklik barədə məlumat verməyib.