AZ

Rusiya zərbə endirdi, Çernobıl AES-in sarkofaqı elektriksiz qaldı


Rusiya Kiyev vilayətinin Slavutiç şəhərinin enerji infrastrukturuna zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunun üzərindəki sarkofaq işıqsız qalıb.
Nazirlik mərmilərin Çernobıl AES-də işıqların kəsilməsinə səbəb olduğunu və stansiyada fövqəladə vəziyyət yarandığını iddia edir.
“Elektrik enerjisinin kəsilməsi nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının zədələnmiş 4-cü blokunu təcrid edən və ətraf mühitə radioaktiv materialların buraxılmasının qarşısını alan əsas obyekt olan “Yeni Təhlükəsiz Saxlanılma” elektriksiz qalıb”, - nazirlikdən bildirilib.
Verilən məlumata görə, hazırda mütəxəssislər elektrik enerjisini bərpa etməyə çalışırlar. Ukrayna hakimiyyəti radiasiya səviyyəsində hər hansı dəyişiklik barədə məlumat verməyib.
Seçilən
27
47
yeniavaz.com

10Mənbələr