RU

Politico: ABŞ həftəlik ÜDM-də 15 milyard dollar itirəcək

Prezident Donald Trampın iqtisadi müşavirləri xəbərdarlıq edirlər ki, hökumətin uzun müddət bağlanması ABŞ üçün ciddi iqtisadi nəticələrə səbəb ola bilər...

Poliqon bu barədə “Politico” nəşrinə istinadən xəbər verir.

Memoda deyilir ki, ABŞ hökumətin bağlanması davam edərkən hər həftə ÜDM artımında 15 milyard dollar itirə bilər.

Əgər bağlanma bir ay davam edərsə, bu, əlavə olaraq 43 min işsizliyə səbəb olacaq. Bu itki hətta məzuniyyətə çıxan və ya maaş almadan işləyən 1,9 milyon federal məmuru nəzərə almır. Onların 80 faizi Vaşinqtonda işləyir.

Ağ Evin köməkçiləri bildiriblər ki, respublikaçılara göndəriləcək sənəd hökumətin bağlanmasına Respublikaçıların reaksiyasını formalaşdırmaq üçün istifadə olunacaq.

Poliqon.info

Избранный
7
poliqon.info

1Источники