RU

Pomidoru çox yesəniz zəhərə çevrilir - ŞOK DETALLAR

Səhər süfrələrinin ayrılmaz tərəvəzlərindən olan pomidor, tərkibindəki vitaminlər səbəbilə sağlam sayılır. Lakin mütəxəssislər xəbərdar edir ki, yanlış və xüsusilə çiy şəkildə qəbul edildikdə pomidor faydadan çox zərər gətirə bilər. Çiy pomidor böyrəklərdən bağırsaqlara qədər bir çox orqan üçün təhlükə yaradır.


Həkimlərin sözlərinə görə, hər qidanın olduğu kimi pomidorun da şüursuz şəkildə istifadəsi müxtəlif xəstəliklərə səbəb ola bilər. Aç qarına çiy pomidor yemək reflü, həzm problemləri və turşuluğun artması ilə nəticələnir.


Pomidorun fəsadları:


Reflü və mədə yanması: Pomidorun turşuluğu mədə turşusunun balansını pozur.


Oynaqlarda ağrı: Həddindən artıq istifadə oynaqlarda kalsium duzları toplayaraq ağrı və deformasiyaya səbəb ola bilər.


Böyrək daşları: Pomidorun tərkibində çoxlu oksalat minerali olduğundan böyrəklərdə daş əmələ gəlməsinə şərait yaradır.


Dəri ləkələri: Likopenin həddindən artıq qəbulu dəri üzərində “likopenodermiya” adlanan ləkələrə səbəb ola bilər.


Bağırsaq sağlamlığı: İrritabl bağırsaq sindromu olanlarda şişkinlik, yanma və ishala yol aça bilər.


Sidik kisəsi problemləri: Turşuluq səbəbi ilə sidik ifrazını artıraraq kisəni qıcıqlandırır.


Uşaqlarda allergiya riski: Histamin maddəsi səbəbilə körpələrdə dəri qızartısı və allergik reaksiyalar yarada bilər.


Reproduktiv sağlamlıq: Çiy pomidorun toxumlarında olan likopenin kişilərdə prostat və sperma ifrazına mənfi təsir göstərə biləcəyi bildirilir.



Mütəxəssislər xüsusilə həddindən artıq pomidor yeməyin fəsadlarına diqqət çəkməklə yanaşı, düzgün miqdarda və bişirilmiş formada istifadəsini tövsiyə edir.

Избранный
12
news365.az

1Источники