RU

Bu ay bir sıra rayonlarda səyyar ASAN xidmət göstəriləcək - FOTO

Yevlaxda, İsmayıllıda, Yardımlıda, Siyəzəndə, Göygöldə, Saatlıda, Zaqatalada və Xırdalanda oktyabrın 2-30-da vətəndaşlara səyyar xidmət göstəriləcək.
 
Bu barədə Moderator.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
 
Xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00 - 14:00 arası isə nahar fasiləsidir.
 
Yardımlı rayonunda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda iş qrafiki saat 11:00- dan 17:00-dək nəzərdə tutulub.
 
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 daxili nömrə 3 yığaraq Çağrı mərkəzinə müraciət edə bilərlər.
Избранный
17
21
moderator.az

10Источники