RU

“Qarabağ” 2 il sonra bunu da bacardı – Türkiyədən diqqətçəkən şərh

Türkiyənin “A Spor” kanalında “Qarabağ”ın qələbəsi ilə bağlı şərh diqqət çəkib.

Turkustan.az xəbər verir ki, Koray Baloğlunun təqdimatında yayımlanan verilişdə komandamızın Danimarkanın “Kopenhagen” klubu ilə oyunu müzakirə edilib.

Şərhçilər Ağdam klubunun Çempionlar Liqasındakı qələbəsini “Qarabağ” “Qalatasaray”ın intiqamını aldı” kimi dəyərləndiriblər.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 6-cı turunda “Kopenhagen”in qonağı olan “Qalatasaray” 0:1 hesabı ilə səfərdə uduzmuşdu. Nəticədə İstanbul təmsilçisi A qrupunu 3-cü pillədə başa vuraraq ÇL-də mübarizəni dayandırmışdı.

Qeyd edək ki, oktyabrın 1-də Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda Danimarkanın “Kopenhagen” klubunu 2:0 məğlub edib. /Globalinfo.az/

Избранный
7
1
turkustan.az

2Источники