Macarıstanın MVM neft-qaz şirkəti Fransanın Engie şirkəti ilə 4 milyard kubmetr mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün müqavilə imzalayıb...
Poliqon xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Bu uzunmüddətli müqavilə bizə 2028-ci ildən 2038-ci ilədək hər il 400 milyon kubmetr, ümumilikdə 4 milyard kubmetr təbii qazın alınmasına zəmanət verir.
Bundan əvvəl Macarıstanın Şərq məsələləri üzrə dövlət katibinin müşaviri Adam Stifter Türkmənistandan qaz almaq niyyətində olduğunu açıqlamışdı.
Poliqon.info