RU

Bakıda ağacların kəsilməsi faktı üzrə 4 nəfər saxlanılıb

Paytaxtın Nəsimi rayonu, S.Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.

DİN-in Mətbuat Xidmətindən "İki sahil"ə bildirilib ki, polis əməkdaşları tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.

Избранный
20
15
ikisahil.az

10Источники