RU

Kiyev məhkəməsi Oleq Bakinski nin Ukraynada yaşamaq icazəsini bərpa etdi

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kiyev Dairə İnzibati Məhkəməsi Azərbaycandan olan 65 yaşlı iş adamı, Kiyev Azərbaycanlıları Konqresinin təsisçisi və rəhbəri, "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin barəsində əvvəl qəbul olunmuş qərarları qanunsuz sayaraq, onun Ukraynada yaşamaq icazəsinin ləğvini qüvvədən salıb. Məhkəmə hökumət qurumlarını icazəni bərpa etməyə məcbur edib.

Oxu.Az bu barədə anticor.ua-ya istinadla xəbər verir.

Məhkəmə materiallarına görə, iş yenidən araşdırılıb və üç ildən artıq davam edən çəkişmədə "Oleq Bakinski"nin mövqeyi nəzərə alınıb.

Hadisənin əsası 11 iyul 2022-ci il tarixli təqdimata dayanır. Həmin vaxt Kiyev Milli Polisinin Strateji İstintaqlar İdarəsi Krapivini "Ukraynada azərbaycanlı kriminal aləmin liderlərindən biri" kimi təqdim etmiş, onu cinayətkar qrupların fəaliyyətini təşkil etməkdə və maliyyələşdirməkdə ittiham etmişdi. Bu təqdimatın ardından 26 iyul 2022-ci ildə Kiyev Miqrasiya Xidməti onun yaşamaq icazəsini ləğv etmiş və Ukraynaya girişinə qadağa qoymuşdu.

Qeyd edək ki, həmin qərarlar qəbul ediləndə Oleq Krapivin artıq ölkədən kənarda idi - o, 30 mart 2022-ci ildə Ukraynadan çıxmışdı.

Xatırladaq ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunaraq saxlanılmışdı. Ona qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və silah və ya silah qismində istifadə olunan əşya ilə xuliqanlıq maddələri üzrə ittiham irəli sürülmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Krapivin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq, cəza şərti hesab olunub və altı aylıq sınaq müddəti müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
3
oxu.az

4Источники