RU

Kaliforniya qubernatoru özünü azad dünyanın lideri elan etdi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ federal hökumətinin qismən bağlanması fonunda özünü azad dünyanın lideri elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə demokratlar partiyasının qubernatorunun mətbuat xidməti məlumat yayıb.

"Yaxşı xəbər var, vətənpərvərlər! Vaşinqtonun bağlanması ilə mən, Qevin Nyusom, indi azad dünyanın lideri olacağam", - deyə "X"də dərc olunan bəyanatda bildirilib.

Qubernator çox sadə proqram təklif edib: ümumi səhiyyə, məktəblərdə pulsuz nahar və uşaqlara qulluq, yüksəkmaaşlı iş yerləri və "pis" tariflərin ləğvi. Nyusom, həmçinin yumurtanın pulsuz olacağını və yalnız yaraşıqlı demokratlara saç geli üçün subsidiyanın ayrılacağını vəd edib. O, həmçinin marixuananın leqallaşdırılmasını və Teylor Sviftin pərəstişkarları üçün "Ticketmaster" platformasında satılan biletləri rüsumlardan azad edilməsini istəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
2
oxu.az

3Источники