RU

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi: hər iki oyunu uduzub

UEFA Çempionlar Liqasının Liqa mərhələsində uğurla çıxış edən Azərbaycanın “Qarabağ” klubu tarix yazır.

Komandamız iki oyunda iki qələbə qazanmaqla Avropanın nəhəg klubları ilə başabaş gedir: turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Hazırda turnir cədvəlində 6 komandanın 6 xalı var: “Bayer – Münhen” (Almaniya), “Real – Madrid” (İspaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Arsenal” (İngiltərə), “Qarabağ” (Azərbaycan).

Modern.az-ın məlumatına görə, “Qarabağ” klubu növbəti oyununu oktyabrın 22-də səfərdə keçirəcək. Belə ki, komandamız İspaniyanın əyalət klubunun “Atletik –Bilbao”nun qonağı olacaq.

Qeyd edək ki, “Atletik –Bilbao” klubu hazırda turnir cədvəlində sondan üçüncü – 34-cü yerdə qərarlaşıb. Komanda Çempionlar Liqasında keçirdiyi hər iki oyunda uduzub.

İspanlar evdə “Arsenal”a 0:2, səfərdə isə "Borussiya – Dortmund”a 1:4 hesabı ilə məğlub olublar. Buna da görə, istisna deyil ki, Bilbao şəhərinin klubu “Qarabağ”la oyuna yalnız qələbə üçün çıxacaqlar.

Amma oyundan-oyuna özünəinamı möhkəmlədən Azərbaycan təmsilçisinin də asan təslim olacağı inandırcı deyil. Portuqaliyada “Benfika”nı 3:2, Bakıda isə “Kopenhagen”i 2:0 hesabı ilə məğlub etməyi bacarmış “Qarabağ” niyə İspaniyadan da xalla qayıtmasın... Bu, 3 xal da ola bilər, 1 də...

Избранный
22
50
modern.az

10Источники