RU

İlham Əliyev Kopenhagendə Nikol Paşinyanla görüşüb - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub...

Poliqon xəbər verir ki, görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar.

Onlar ErmənistanAzərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıblar, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar.
Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

***

Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Görüş "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində keçirilib.

Poliqon.info

Избранный
17
20
poliqon.info

10Источники