RU

Şəkər çuğunduru ilə dolu “KamAZ” “Yevlax kruqu”na girdi - VİDEO

Yevlax şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, şəkər çuğunduru daşıyan “KamAZ” markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq şəhərin mərkəzindəki dairəyə çırpılıb.

Nəticədə yük maşını yarasız hala düşüb, yük yerindəki çuğundurlar ətrafa dağılıb.

Hadisə yerinə aidiyyəti qurumların qüvvələri cəlb edilib və çuğundurlar magistral yoldan kənarlaşdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

"Cebheinfo.az"

Избранный
16
3
cebheinfo.az

4Источники