Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı, Bakı Dövlət Universitetinin müəllimi Arzu Məmmədov vəfat edib.
Musavat.com "Qafqazinfo"a istinadən xəbər verir ki, 55 yaşlı A.Məmmədovun hansı səbəbdən vəfat etməsi bildirilməyib.
Qeyd edək ki, o həm də Qərbi Azərbaycan İcmasının Basarkeçər rayon Aşağı Şorca kənd icmasınin sədri idi.