RU

Azər Bağırovun köməkçiləri müəyyənləşdi

Yenidən "Kəpəz"in baş məşqçisi vəzifəsinə qayıdan Azər Bağırovun köməkçiləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən komandada çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.

Xatırladaq ki, "Kəpəz" dünən Bağırovla bu mövsümün sonuna qədər müqavilə imzalayıb.

Избранный
24
2
football-plus.az

10Источники