RU

Koşta: Azərbaycan və Ermənistan arasında sülh Avropa üçün vacib məqamdır

Avropa İttifaqı Şurasının (Aİ) Prezidenti Antonio Koşta Azərbaycan və Ermənistan arasında sülhü Avropa üçün vacib məqam adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Kopenhagendə "Avropa Siyasi Birliyi"nin sammitinin açılışında bildirib.

"Mən, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik etmək istəyirəm. Hesab edirəm ki, sizin əldə etdiyiniz sülh - bizim Avropamız üçün mühüm bir məqamdır. Bu, sülh qurmağın mümkün olduğunu nümayiş etdirir. Onun naminə işləməyə davam etməliyik", - A.Koşta qeyd edib.

Избранный
9
4
bakivaxti.az

5Источники