“Kəpəz”də baş məşqçi Azər Bağırovun köməkçiləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən komandada çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.
Qeyd edək ki, qərb təmsilçisi Azər Bağırovla mövsümün sonunadək olan müqavilə imzalayıb.