RU

ABŞ 1 milyard dollarlıq HIMARS YARS-ların Kanadaya satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 1.7 milyard dollar dəyərindəki M142 HIMARS (“High Mobility Artillery Rocket System”) yaylım atəşli reaktiv sistemlərin (YARS) Kanadaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 26 ədəd M142 HIMARS YARS-ın, 132 ədəd M31A2 GMLRS raketinin və digər avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “Lockheed Martin” şirkəti olacaq.

Избранный
13
1
poliqon.az

2Источники