RU

Transxəzər Yaşıl Enerji Dəhlizi Orta Dəhlizin yaşıl körpü qismində inkişafına geniş imkanlar açır - Energetika naziri (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi”çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA)təşəbbüsü ilə təşkil olunan “Mərkəzi Asiyada Bərpa Olunan EnerjininSürətləndirilməsi” mövzusuna həsr edilmiş tədbirin açılışmərasimində, eləcə də “Mərkəzi Asiyada Bərpa Olunan Enerji üzrəSürətləndirilmiş Tərəfdaşlıq” (APRECA) Nazirlər Dəyirmi Masasındaiştirak edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Nazir çıxışında qeyd edib ki, bərpa olunan enerji resursları vəkritik materiallarla zəngin Mərkəzi Asiya ilə qonşu regionlararasında yaşıl enerji sahəsində güclü əlaqəliliyi təşviq edənAPRECA təşəbbüsü ötən il ilk dəfə Azərbaycanda COP29 çərçivəsindətəqdim olunub və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” buməqsədə töhfə verən layihələrdəndir. Bildirilib ki, Azərbaycanınhazırda bərpa olunan enerji sahəsində atdığı irimiqyaslı addımlar2030-cu ilədək enerji sistemində bu mənbələrin payını təxminən 40faizə çatdırmaqla yanaşı, regional tərəfdaşlıqların qurulmasına vəstrateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlib.“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin MərkəziAsiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkanaçevirən, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlikmünasibətlərini möhkəmləndirən siyasətində bərpa olunan enerjisahəsində əməkdaşlığın inkişafı mühüm yer tutur. Tarixdə ilk dəfəölkələrimizin elektrik enerjisi sistemlərini birləşdirəcəkgeostrateji əhəmiyyətli “Transxəzər Yaşıl Enerji Dəhlizi”ninyaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır vəAvropanı Xəzər dənizi vasitəsilə Asiya və Çinlə birləşdirən OrtaDəhlizin yaşıl körpü qismində inkişafına geniş imkanlar açır,” -deyə nazir əlavə edib.

Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiyaBankının (AIIB) dəstəyi ilə layihənin texniki-iqtisadiəsaslandırmasının hazırlanmasına qısa müddətdə başlanacağıbildirilib. Həmçinin “Xəzər-Qara dəniz-Avropa”, müxtəlif marşrutlarüzrə “Azərbaycan-Türkiyə-Avropa” və“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizlərilayihələri barədə məlumat verilib. “Mərkəzi Asiya-Azərbaycan YaşılEnerji Dəhlizi”nin bu layihələrlə inteqrasiyası nəticəsindəregionun böyük bərpa olunan enerji potensialının Türkiyə və Avropabazarlarına yönəldilməsi, qitələrarası istehsal və istehlakmərkəzlərinin əlaqələndirilməsi, enerjinin dəyişkənliyinin idarəolunması kimi perspektivlər diqqətə çatdırılıb. Qeyd olunub ki,fiber-optik komponentə malik olan bu interkonnektorlar “TransxəzərYaşıl Enerji Dəhlizi” ilə birlikdə yalnız enerji və ekolojitəhlükəsizliyi deyil, həm də rəqəmsal və nəqliyyat bağlantılarınıgücləndirərək ölkələrimizin Orta Dəhliz boyunca geostratejiəhəmiyyətini daha da artıracaq.

Nazirlərin Dəyirmi Masasında isə bərpa olunan enerjinin sürətliinkişafı üçün şəbəkələrin modernləşdirilməsi, etibarlı enerjisaxlama sistemlərinin qurulması, investisiya imkanlarınıngenişləndirilməsi, təchizat zəncirlərinin təmin edilməsi, eləcə dəregionlararası interkonnektorların yaradılması məsələləri müzakirəedilib. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr vəplanları diqqətə çatdırılıb, APRECA vasitəsilə əməkdaşlıq imkanlarıdəyərləndirilib.

Transxəzər
Transxəzər
Transxəzər
Transxəzər
Məqalədə:
Избранный
25
9
az.trend.az

10Источники