RU

Azərbaycan və Qazaxıstan "yaşıl enerji" sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Qazaxıstan karbohidrogen və "yaşıl enerji" sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, "Qazaxıstan Enerji Həftəsi" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti ilə birlikdə Qazaxıstanın energetika naziri Erlan Akkenjenovla görüş keçirilib.

Görüşdə 2023-cü ildən bu günədək Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 3 milyon 383 min ton qazax neftinin nəql edildiyi vurğulanıb. Həmçinin Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin artırılması, SOCAR və "KazMunayGaz" arasında birgə layihələr üzrə əməkdaşlıq imkanları və "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi"nin icra vəziyyəti nəzərdən keçirilib.

Избранный
15
2
sia.az

8Источники